"Qarabağ" azarkeşlərinə "Nyukasl"la oyun öncəsi ŞAD XƏBƏR
İdman
"Qarabağ"ın rəqibi olan "Nyukasl"ın 32 yaşlı mərkəz müdafiəçisi Camaal Lascelles klubdan ayrılıb.
News24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Camaal Lascelles “Lester Siti"yə transfer olunub. O, karyerasının böyük hissəsini “Nyukasl”da keçirərək 253 oyunda “sağsağanlar”ı klubun kapitanı kimi təmsil edib.
Lascelles 2014-cü ildə Karl Darlou ilə birlikdə “Nottingem Forest”dən “Nyukasl”a transfer olunub, daha sonra bir mövsüm icarə əsasında əvvəlki klubuna qayıdıb. 2015/16 mövsümünün ikinci yarısından etibarən əsas heyətdə möhkəmlənib.
Komandanın aşağı liqaya düşdüyü dövrdə belə liderliyi və stabil oyunu ilə seçilən Lascelles Rafa Benites tərəfindən kapitan təyin olunmuşdu.