“Qarabağ” bir gecəyə neçə milyon qazandı?
İdman
Xəbər verdiyimiz kimi, “Qarabağ” ötən gecə UEFA Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt”ı 3:2 hesabı ilə məğlub edib.
News24.az xəbər verir ki, bu qələbə təmsilçimizə 2.1 milyon avro (təxmini 4.2 milyon manat) qazanc gətirib.
Belə ki, UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır.
“Qarabağ” liqa mərhələsinə düşdüyünə görə ümumilikdə 23 milyon 700 min avro (47 milyon 735 min manat) qazanmışdı.
Daha sonra keçirilən oyunlarda “Benfika”nı 3:2, “Kopenhagen”i isə 2:0 hesabı ilə məğlub edən “Qarabağ” bu nəticələr sayəsində əlavə olaraq 4,2 milyon avro (8 milyon 300 min manat) qazanaraq ümumi gəlirini 27 milyon 970 min avroya (55,8 milyon manat) çatdırmışdı.
Bu rəqəmin üzərinə Ağdam təmsilçisinin liqa mərhələsində “Çelsi” ilə heç-heçəsini (700 min avro) və “Ayntraxt” üzərindəki qələbəsini də gəlsək (2,1 milyon avro), klubumuzun liqa çərçivəsində indiyədək qazandığı ümumi məbləğ 30 milyon 770 min avroya, yəni təxminən 61,4 milyon manata yüksəlib. (Qafqazinfo)