“Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək

“Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək İdman

Bu gün “Qarabağ” komandası hazırlıq prosesi çərçivəsində iki yoxlama görüşünə çıxacaq.

News24.az xəbər verir ki, ilk oyunda Ağdam təmsilçisi Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşacaq. Görüş 16 yanvar tarixində, saat 12:00-da (Bakı vaxtı ilə) "Calista Sports Center"də keçiriləcək.

Günün ikinci yoxlama matçında isə “Qarabağ” Polşanın “Zaqlebie Lubin” komandası ilə üz-üzə gələcək. Bu oyun saat 19:00-da (Bakı vaxtı ilə) Gloria "Sports Arena"da baş tutacaq.