“Qarabağ” – “Frankfurt” oyununa satılan biletlərin sayı açıqlandı
İdman
“Qarabağ” – “Frankfurt” oyunu üçün artıq 24 500 bilet satılıb.
News24.az xəbər verir ki, bu barədə “Qarabağ” futbol klubundan məlumat verilib.
Çempionlar Liqası çərçivəsində keçiriləcək qarşılaşmaya biletlər məhdud sayda qalıb. Standart biletlərin qiymətləri 10, 15, 25, 35, 40, 50 və 75 AZN təşkil edir. VIP sektorlar üçün biletlər 200, 250, 300 və 400 AZN, VVIP sektorlar üçün isə 1000 AZN-dir.
Qeyd edək ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda 21:45 - də baş tutacaq.