“Qarabağ” klubunun baş direktoru mükafat aldı
İdman
“Sportsman” jurnalının təşkilatçılığı ilə “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimi keçirilib.
News24.az xəbər verir ki, tədbirdə “Qarabağ” klubunun baş direktoru Emrah Çelikel Azərbaycan futbolunun inkişafındakı xidmətlərinə görə “Zəfər” mükafatı ilə təltif olunub.
2004-cü ildən “Qarabağ”da çalışan Emrah Çelikel bu dövrdə klubun 11 dəfə Azərbaycan çempionu, 7 dəfə ölkə kubokunun qalibi olmasında mühüm rol oynayıb. Həmin illər ərzində “Qarabağ” ardıcıl 12 dəfə avrokubokların əsas mərhələsində çıxış edib, iki dəfə Çempionlar Liqasının, bir dəfə isə Avropa Liqasının 1/8 final mərhələsinə yüksəlib.