"Qarabağ" – "Liverpul" oyununa nə qədər bilet satıldı?

"Qarabağ" – "Liverpul" oyununa nə qədər bilet satıldı? İdman

Yanvarın 29-da keçiriləcək UEFA Çempionlar Liqasının “Liverpul” - “Qarabağ” oyununa azərbaycanlı azarkeşlər tərəfindən böyük maraq var.

News24.az xəbər verir ki, İngiltərədə keçiriləcək matça “Qarabağ”ın artıq düz 1200-ə yaxın azarkeşi bilet alıb.

Qeyd edək ki, “Liverpul” - “Qarabağ” oyunu hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır və heç biri ən azı uduzmamağa çalışacaq. "Liverpul" qalib gəlməlidir ki, 1/8 finala vəsiqəni birbaşa təmin etsin. "Qarabağ"a isə "pley-off"a adlamaq üçün 1 xal da kifayət edəcək. Amma Ağdam klubunun nəzəri baxımdan həmin mərhələdə oynamaq şansı uduzsa belə qalacaq. Bu, digər bir neçə matçın nəticəsindən də asılı olacaq. (Qol.az)