"Qarabağ" "Liverpul" qarşılaşması komandamızın məğlubiyyəti ilə bitdi – CANLI

"Qarabağ" "Liverpul" qarşılaşması komandamızın məğlubiyyəti ilə bitdi – CANLI İdman

"Qarabağ" – "Liverpul" qarşılaşması rəqibin 6-0 hesablı üstünlüyü ilə başa çatıb. 

**

"Liverpul" top fərqini 6-ya çatdırıb. 

News24.az 6-cı qolun müəllifi Federiko Kyeza olub (90-cu dəqiqə).

**

Mak Allister 61-ci dəqiqədə vurduğu qolla özünün ikinci, komandasının isə 5-ci qoluna imza atıb.

News24.az xəbər verir ki, top fərqi 5-ə qalxıb.

"Qarabağ" 0 - 5 "Liverpul"

**

Ekitike 57-ci dəqiqədə "Liverpul"un 4-cü qolunu vurub.

News24.az xəbər verir ki, rəqib 4-0 irəlidədir.

**

İkinci hissənin 50-ci dəqiqəsində rəqib komanda hesab fərqini 3 xala qaldırıb.

News24.az xəbər verir ki, Muhamməd Salah komandasının hesabına üçüncü qolu yazdırıb.

**

"Qarabağ" – "Liverpul" qarşılaşmasında birinci hissə başa çatıb. 

News24.az xəbər verir ki, rəqib komanda fasiləyə 2-0 üstünlüklə yollanıb.

**

"Liverpul" hesab fərqini artırıb.

News24.az xəbər verir ki, rəqib komanda Virtzin 21-ci dəqiqədə vurduğu qolla komandasının hesabına ikinci qolu yazdırıb.

"Qarabağ" 0 – 2 "Liverpul"

**

"Qarabağ" – "Liverpul" qarşılaşmasında ilk qol vurulub.

News24.az xəbər verir ki, Aleksis Mak Allister 15-ci dəqiqədə vurduğu qolla "Liverpul"u hesabda irəli çəkib.

**

"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turu çərçivəsində İngiltərədə "Liverpul" komandası ilə qarşılaşır.

News24.az xəbər verir ki, oyun "Enfild" stadionunda keçirilir.

Xatırladaq ki, Ağdam təmsilçisi Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi yeddi oyunda üç qələbə, bir heç-heçə və üç məğlubiyyətlə 10 xal toplayıb və turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.