“Qarabağ” – “Nyukasl” oyununun biletləri bu gün satışa çıxarılır
İdman
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Nyukasl” (İngiltərə) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.
News24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Standart biletlərin qiymətləri 10, 15, 25, 35, 40, 50 və 75 AZN təşkil edir. VIP sektorlar üzrə biletlər 200, 250, 300 və 400 AZN, VVIP sektorlar üzrə isə 1000 AZN-dir.
Biletlər yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə oluna bilər. Onlayn alış zamanı çətinliklə üzləşən azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvarda yerləşən “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Azarkeşlərə saxta biletlərdən və digər saytlardan uzaq durmaq tövsiyə olunur. Stadiona giriş yalnız QR biletlə mümkün olacaq.