“Qarabağ” – “Nyukasl” oyununun biletləri bu tarixdə satışa çıxarılacaq
İdman
UEFA Çempionlar Liqasının "play-off" mərhələsində 18 fevral 2026-cı ildə keçiriləcək “Qarabağ” – “Nyukasl” matçının biletləri sabah gün ərzində satışa çıxarılacaq.
News24.az xəbər verir ki, bu barədə "Qarabağ" futbol klubunun mətbuat xidmətindən məlumat verilib.
Biletlər sabah gün ərzində yalnız rəsmi satış platforması olan iTicket.az vasitəsilə onlayn əldə edilə biləcək. Azarkeşlərə bilet alışı zamanı yalnız rəsmi və etibarlı mənbələrdən istifadə etmək tövsiyə olunur.