"Qarabağ" - "Nyukasl Yunayted": Ağdam təmsilçisi böyük hesabla uduzdu
İdman
"Qarabağ" – "Nyukasl" qarşılaşması başa çatıb.
News24.az xəbər verir ki, Ağdam təmsilçisi 6-1 hesabı ilə məğlub olub.
**
Qarşılaşmada 7-ci qol vurulub.
News24.az xəbər verir ki, 72-ci dəqiqədə Mörfinin dəqiq zərbəsi ilə "Nyukasl" hesabı 6-1-ə çatdırıb.
**
"Qarabağ" oyunda ilk qolunu vurub.
News24.az xəbər verir ki, təmsilçilərimizin hesabına ilk qolu 54-cü dəqiqədə Elvin Cəfərquliyev qazandırıb.
**
Qarşılaşmada ilk hissə bitib.
News24.az xəbər verir ki, "Qarabağ" fasiləyə 0-5 hesabla yollanıb.
**
Qordon ikinci penalti zərbəsi ilə "Nyukasl"ın hesabına 5-ci qolu yazdırıb.
News24.az xəbər verir ki, penalti 45+1` dəqiqədə təyin olunub.
**
"Nyukasl" hesabda 4 fərqlə irəli çıxıb.
News24.az xəbər verir ki, 4-cü qola 34-cü dəqiqədə Qordon imza atıb.
**
"Qarabağ"ın qapısına təyin edilən penalti zərbəsi dəqiq icra etməklə Entoni Qordon (32`) "Nyukasl"ın hesabına 3-cü qolu yazdırıb.
"Qarabağ" 0 - 3 "Nyukasl"
**
"Nyukasl" 8-ci dəqiqədə hesabına ikinci qolu yazdırmağı bacarıb.
News24.az xəbər verir ki, Thiaw-ın qolu ilə rəqiblər hesab fərqini 2-yə qaldırıb.
**
Qarşılaşmanın 3-cü dəqiqəsində rəqib komanda hesabına bir qol yazdırıb.
News24.az xəbər verir ki, qola Entoni Qordon imza atıb.
**
UEFA Çempionlar Liqasının "play- off" mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Nyukasl Yunayted" oyunu başlayıb.
News24.az xəbər verir ki, Ağdam təmsilçisi İngiltərənin "Nyukasl Yunayted" futbol klubunu Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edir.
Qeyd edək ki, bu "Qarabağ"ın Çempionlar Liqasının "play-off" mərhələsindəki ilk oyunudur.