“Qarabağ” – “Nyukasl Yunayted” oyunu öncəsi mətbuat konfransları BU TARİXDƏ OLACAQ

“Qarabağ” – “Nyukasl Yunayted” oyunu öncəsi mətbuat konfransları BU TARİXDƏ OLACAQ İdman

"Qarabağ" FK UEFA Çempionlar Liqasının "play-off" mərhələsi çərçivəsində "Nyukasl Yunayted" ilə keçirəcəyi oyundan öncə təşkil olunacaq mətbuat konfransları və media üçün açıq məşqlərin vaxtları bəlli olub.

News24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovin iştirakı ilə mətbuat konfransı fevralın 17-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Saat 17:30-da isə komandanın media nümayəndələri üçün açıq məşqi baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

Qonaq komandanın baş məşqçisi Eddie Hovenin mətbuat konfransı saat 20:30-da başlayacaq. "Nyukasl Yunayted"in media üçün açıq olan (ilk 15 dəqiqə) məşqi isə saat 21:00-da start götürəcək.

Media nümayəndələri akkreditasiyalarını fevralın 17-də saat 11:00-dan 16:00-dək stadionun mətbuat otağından əldə edə bilərlər.

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl Yunayted” qarşılaşması saat 21:45-də başlayacaq.