“Qarabağ” qapıçı Koxalskini bu qiymətə satacaq

“Qarabağ” qapıçı Koxalskini bu qiymətə satacaq İdman

“Qarabağ”ın polşalı əsas qapıçısı Mateuş Koxalskinin transfer qiyməti müəyyənləşib.

News24.az xəbər verir ki, Polşa mətbuatının məlumatıa görə, “Qarabağ” klubu qapıçıya 7 milyon avro qiymət qoyub.

Bildirilir ki, Koxalski 2025/26 mövsümünün sonuna qədər “Qarabağ”da qalmaq niyyətindədir.

Bir müddət öncə Almaniyanın “Borussiya Dortmund” klubunun Mateuş Koxalski ilə maraqlandığı bildirilmişdi.(Modern.az )