“Qarabağ” səfərdə 3 qolla qalib gəldi
İdman
“Qarabağ” komandası səfərdə növbəti yoxlama oyununda da qələbə qazanıb.
News24.az xəbər verir ki, "Köhlən Atlar" Xorvatiya təmsilçisi “Osiyek»i üstələyib.
Qarşılaşma Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə bitib. Ağdam klubunun qollarını 49-cu dəqiqə Musa Qurbanlı, 57-ci dəqiqədə Aleksey Kaşuk və 90+3-cü dəqiqədə Abbas Hüseynov vurublar.
Xatırladaq ki, “Qarabağ” bu gün, saat 19:00-da Polşanın "Zaqlembe" komandası ilə də yoxlama oyunu keçirəcək.