“Qarabağ”a Çempionlar Liqası ilə bağlı mühüm xəbər

“Qarabağ”a Çempionlar Liqası ilə bağlı mühüm xəbər İdman

“Nyukasl”ın kapitanı Bruno Gimaraynş UEFA Çempionlar Liqasının pley-off görüşlərində “Qarabağ“a qarşı oynaya bilməyəcək.

News24.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatına açıqlamasında klubun baş məşqçisi Eddi Hou deyib.

Braziliyalı yarımmüdafiəçi təxminən iki ay yaşıl meydanlardan kənar qalacaq.

28 yaşlı futbolçunun bud əzələsindən ciddi zədə alıb.

Xatırladaq ki, Azərbaycan çempionunun “sağsağanlar”la duelləri fevralın 18-də və 24-də baş tutacaq.