"Ağrı, ümid və final anı" – Bəhlulun paylaşımı maraq doğurdu – Video
İdman
Qarabağ” komandasının müdafiəçisi Bəhlul Mustafazadə sosial şəbəkə hesabında “Ayntraxt”la keçirilən oyunda qələbə qolu ilə bağlı paylaşım edib.
News24.az xəbər verir ki, o, paylaşımına “Pain, hope and final moment” (“Ağrı, ümid və final anı”) sözlərini əlavə edib.
Xatırladaq ki, 29 yaşlı futbolçu UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşma zamanı 90+4-cü dəqiqədə komandanın 3-cü qoluna imza atmaqla “Qarabağ”a qələbə qazandırıb.
Qeyd edək ki, “Qarabağ”ın növbəti oyunu yanvarın 29-da keçiriləcək. Təmsilçilərimiz “Liverpul”la qarşılaşacaq.