“Qarabağ”dan gecənin ŞOK XƏBƏRİ! – Getmək fikrində olduğunu AÇIQLADI
İdman
Leandro Andradenin son vaxtlar zəif təsir bağışlamasının səbəbi məlum olub. «Çelsi» ilə matçda adını tabloya yazdırmış yarımmüdafiəçi o vaxtdan bəri yaxşı mənada fərqlənə bilmir.
News24.az xəbər verir ki, bu da səbəbsiz deyil. Kabo-Verde yığmasının üzvü Asiyadan çox sərfəli təklif alıb.
26 yaşlı orta sahə oyunçu həmin dəvətin təsiri altındadır. 2022-ci ildə bura «Çerno More»dən (Bolqarıstan) gəlmiş Portuqaliya doğumlu afrikalı indi yalnız getmək barədə fikirləşir.
Andradenin istəyi artıq «Qarabağ»ın rəhbərliyinə, həm məşqçilərinə, həm də komanda yoldaşlarına məlumdur.
Yarımmüdafiəçi aldığı dəvəti yaxın tarixdə dəyərləndirmək niyyətində olduğunu gizlətməyib, çünki karyerasının növbəti illəri ərzində bundan yaxşı təklif alacağına inanmır.
Bir sözlə, əlinə gözəl fürsət düşüb, qaçırmağı düşünmür. (Sportinfo)