“Qarabağ”dan xanım azarkeşlərə jest - Giriş pulsuzdur
İdman
“Qarabağ” 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə xanım azarkeşlərə jest edib.
News24.az xəbər verir ki, klub Misli Premyer Liqasının XXIII turu çərçivəsində “Araz-Naxçıvan”la keçiriləcək ev oyuna xanım azarkeşlər üçün girişin ödənişsiz olduğunu bəyan edib.
Qeyd edək ki, matç sabah saat 19:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.