"Qarabağ" "Ayaks"a uduzdu - Yeniləndi 5

"Qarabağ" "Ayaks"a uduzdu - Yeniləndi 5 İdman

UEFA Çempionlar Liqasının Əsas Liqa Mərhələsinin 6-cı tur çərçivəsində "Qarabağ" - "Ayaks" oyunu başlayıb.

News24.az xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın "Ayaks" klubunu Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edir.

Qeyd edək ki, bu "Qarabağ"ın Çempionlar Liqasında evdə keçirilən üçüncü oyunudur.

21:45


"Qarabağ" – "Ayaks" qarşılaşmasında hesab açılıb. 

News24.az xəbər verir ki, oyunun 9-cu dəqiqəsində Kamilo Duran "Ayaks"ın qapısından topu keçirib.

"Qarabağ" 1 - 0 "Ayaks"

21:59


"Qarabağ" – "Ayaks" qarşılaşmasında rəqib hesabı bərabərləşdirib.

News24.az xəbər verir ki, "Ayaks"ın oyunçusu Kasper Dolberq matçın 39-cu dəqiqəsində qol vuraraq hesabı bərabərləşdirib.

"Qarabağ" 1 - 1 "Ayaks"

22:26


"Qarabağ" – "Ayaks" qarşılaşmasında Ağdam təmsilçisi önə keçib.

News24.az xəbər verir ki, oyunun 47-ci dəqiqəsində Mateus Silva "Ayaks"ın qapısına qol vuraraq komandasını önə keçirib.

"Qarabağ" 2 - 1 "Ayaks"

22:59


"Qarabağ" – "Ayaks" qarşılaşmasında rəqib yenidən hesabı bərabərləşdirib.

News24.az xəbər verir ki, "Ayaks"ın oyunçusu Oskar Qlux matçın 78-ci dəqiqəsində "Qarabağ"ın qapısına qol vurub.

"Qarabağ" 2 - 2 "Ayaks"

23:24


"Qarabağ" – "Ayaks" qarşılaşmasında rəqib önə keçdi.

News24.az xəbər verir ki, rəqibin heyətində Anton Qay oyunun 83-cü dəqiqəsində Ağdam təmsilçisinin qapısından daha bir qolu keçirərək önə keçib.

"Qarabağ" 2 - 3 "Ayaks"

23:24


"Qarabağ" – "Ayaks" qarşılaşmasında rəqib qapımıza daha bir vurub.

News24.az xəbər verir ki, "Ayaks" "Qarabağ"ın qapısına daha bir qolu vuraraq komandasını qalibiyyətinə səbəb olub.

"Qarabağ" 2 - 4 "Ayaks"