"Qarabağ" – "Çelsi" qarşılaşmasında maraqlı görüntü
İdman
UEFA Çempionlar Liqasının Əsas Liqa mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” oyunu zamanı azarkeşlər tribunada maraqlı görüntü yaradıb.
News24.az xəbər verir ki, tamaşaçılar 44 günlük Vətən Müharibəsinə istinad edərək plakatlardan “44” rəqəmini formalaşdırıblar. Bu an stadionda simvolik və emosional atmosfer yaradıb.
Qeyd edək ki, “Qarabağ” İngiltərə təmsilçisi “Çelsi”ni Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edir.