“Qarabağ” “Çelsi”ni məğlub edə bilər – İddialı açıqlama
İdman
"Fikrimcə, çox maraqlı və gərgin oyun olacaq. “Qarabağ”ın hazırda bir sıra üstünlükləri var və artıq Çempionlar Liqasında 6 xal qazanıblar. Bu həm onlar, həm də Azərbaycan üçün böyük uğurdur".
News24.az xəbər verir ki, bu sözləri RTV-yə müsahibəsində "Qarabağ"ın sabiq futbolçusu, "Araz-Naxçıvan" futbol klubunun yarımmüdafiəçisi Patrik Andrade "Qarabağ" - "Çelsi" oyunu barədə sualı cavablandırarkən deyib.
Andrade bildirib ki, oyun haqqında dəqiq nəticə demək çətindir: "Amma ümid edirəm ki, “Qarabağ” qalib gələcək və Azərbaycan azarkeşlərini sevindirməyə davam edəcək".