"Qarabağ" cərimələndi

 "Qarabağ" cərimələndi İdman

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XVII turunda baş verənlərlə bağlı qərar verib.

News24.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

"Qarabağ" "Kəpəz"lə görüşdə meydançaya kənar şəxs daxil olduğu üçün 2500 manat cərimələnib.

“İmişli” klubu “Araz-Naxçıvan”la oyunda 6 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib. Muxtar Respublika təmsilçisi isə 4 oyunçusu sarı vərəqə aldığı üçün eyni cəzaya məruz qalıb.

"Neftçi" komandası "Zirə" ilə matçda oyun günü planı pozulduğuna görə 2000 manat məbləğində ziyana düşüb.

"Sabah" klubu isə "Karvan-Yevlax"la oyunda 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat məbləğində cərimələnib.