"Qarabağ" cəzalandırılıdı
İdman
UEFA Nizam-İntizam Komitəsi “Qarabağ” klubuna sanksiya tətbiq edib.
News24.az-ın məlumatına görə, qərar Ağdam təmsilçisinin U-19 komandası ilə “Çelsi” arasında Bakıda baş tutan UEFA Gənclər Liqasının 4-cü tur matçında azarkeşlərin qeyri-etik davranışı ilə əlaqələndirilir.
Görüş zamanı “Qarabağ” tərəfdarlarının “Çelsi” futbolçusunu irqçi ifadələrlə təhqir etdiyi bildirilir. Bu səbəbdən klub 5 min avro (təxminən 9 900 manat) məbləğində cərimə olunub.
Bununla yanaşı, UEFA klubun növbəti ev oyununu tamaşaçısız keçirməsi barədə şərti qərar da çıxarıb. Oxşar hadisə təkrar baş verərsə, bu cəza qüvvəyə minəcək.