"Qarabağ" ÇL-nin turnir cədvəlində gerilədi
İdman
Ötən gecə UEFA Çempionlar Liqasının Əsas Liqa mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” – “Ayaks” oyunu başa çatıb.
News24.az xəbər verir ki, qarşılaşma 2:4 hesabla rəqibin qalibiyyəti ilə nəticələnib. Bu nəticədən sonra “Qarabağ” UEFA Çempionlar Liqasının turnir cədvəlində 22-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9–24-cü yeri tutanlar "pley-off" mərhələsinə vəsiqə qazanacaqlar. 25–36-cı pillələrdə qərarlaşan komandalar isə avrokuboklarda çıxışlarını başa vuracaqlar.