Qarabağ” Luka Quqeşaşvilini transfer edib.Bu barədə məlumatı Azərbaycan çempionu rəsmi saytı vasitəsilə yayıb.Bildirilib ki, yanvarda Polşanın “Yagelloniya” klubundan icarəyə götürülən Quqeşaşvili bu dəfə birdəfəlik transfer edilib.Gürcüstanlı qolkiper “köhlən atlar”la 3 illik müqavilə imzalayıb.Qeyd edək ki, Luka Quqeşaşvili ötən mövsüm “Qarabağ”ın heyətində Premyer Liqada 4 oyun keçirib, 2 qol buraxıb.