"Qarabağ" "İmişli"yə, "Zirə" "Karvan-Yevlax"a qarşı
İdman
Misli Premyer Liqasında bu gün XX turun oyunlarına start veriləcək.
News24.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
İlk matçda “İmişli” doğma meydanda – Quba Olimpiya İdman Kompleksinin stadionunda “Qarabağ”ı qəbul edəcək. Hazırda 19 xalı olan meydan sahibləri turnir cədvəlində 9-cu sırada qərarlaşıb. 42 xala sahib “Qarabağ” isə ikinci pillədə yer alır.
Günün ikinci görüşü Zirə İdman Kompleksinin stadionunda baş tutacaq. “Zirə” öz meydanında “Karvan-Yevlax”la qarşılaşacaq. Paytaxt təmsilçisi 32 xalla 4-cü yerdədir. Cəmi 6 xalı olan Yevlax klubu isə turnir cədvəlinin sonuncu – 12-ci pilləsindədir.
Misli Premyer Liqası
II dövrə, XX tur
14 fevral
14:30. “İmişli” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Məkan: Quba Olimpiya İdman Kompleksinin stadionu
17:00. “Zirə” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Məkan: Zirə İdman Kompleksinin stadionu