"Qarabağ" "Liverpul"la üz-üzə - Oyun bu saatda başlayacaq

"Qarabağ" "Liverpul"la üz-üzə - Oyun bu saatda başlayacaq İdman

Ağdamın “Qarabağ” futbol kulubu bu gecə UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.

News24.az xəbər verir ki, oyun Liverpulda yerləşən “Enfild” stadionunda keçiriləcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Oyunu slovakiyalı hakim İvan Krujlyakun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Matç İTV-dən canlı yayımlanacaq.

Qeyd edək ki, “Liverpul” hazırda 15 xalla 4-cü pillədədir. “Köhlən atlar” isə 10 xalla 18-ci sırada qərarlaşıb.