"Qarabağ" mətbuat konfransı keçirəcək - TARİX AÇIQLANDI
İdman
UEFA Çempionlar Liqasının "play-off" mərhələsi çərçivəsində keçiriləcək "Nyukasl Yunayted"- "Qarabağ" qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Bakıda baş tutacaq.
Bu barədə News24.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Komandamızın media nümayəndələri üçün açıq məşqi fevralın 22-də saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Baş məşqçimiz Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə fevralın 23-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq
Mətbuat konfransı və açıq məşqə qatılmaq istəyən jurnalistlərin və fotoqrafların PFL (Peşəkar Futbol Liqası) tərəfindən 2025/26 mövsümü üçün verilmiş vəsiqəsi ilə iştirak etmələri mütləq şərtdir.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Nyukasl Yunayted” - “Qarabağ” oyunu fevralın 24-də İngiltərədə, "St James Park" stadionunda, Mərkəzi Avropa Vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) start götürəcək.