“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi
İdman
Güclü qar səbəbindən Misli Premyer Liqasının XIX turu çərçivəsində keçirilməli olan “Şamaxı” – “Qarabağ” matçının başlama saatı dəyişdirilib.
News24.az xəbər verir ki, bu barədə "Qarabağ" futbol klubunun mətbuat xidməti məlumat yayıb.
Stadionun daha yaxşı vəziyyətə gətirilməsi və komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün oyunun 14:30-da deyil, 14:50-də başlaması planlaşdırılır.