“Qarabağ” və “Azəryol” ardıcıl iki qələbə qazanıblar

“Qarabağ” və “Azəryol” ardıcıl iki qələbə qazanıblar İdman
Qadın həndbolçulardan ibarət “Qarabağ” və “Azəryol” komandaları Azərbaycan çempionatında ardıcıl iki qələbə qazanıblar.

News24.az xəbər verir ki, adıçəkilən komandalar IX və X tur matçlarında rəqiblərini məğlub ediblər.

“Azəryol” keçirdiyi hər iki görüşdə “Azərsu”ya heç bir şans verməyib. Çempionatın lideri rəqibini müvafiq olaraq 46:19 və 52:13 hesabları ilə üstələyib. “Qarabağ” isə “İdman Akademiyası”na IX turda 34:26, X turda isə 32:23 hesabı ilə qalib gəlib.

Keçirdiyi bütün matçları qələbə ilə başa vuran “Azəryol” 24 xalla çempionata liderlik edir. “Qarabağ” 18 xalla ikinci yerdədir. Aktivində 12 xalı olan “İdman Akademiyası” 3-cü pillədə qərarlaşıb. “Azərsu” 6 xalla 4-cüdürsə, autsayder U-16 hələ xal qazana bilməyib.