“Qarabağ” və “Qəbələ” azarkeş - təhqirlərinə görə cərimələndi

“Qarabağ” və “Qəbələ” azarkeş - təhqirlərinə görə cərimələndi İdman
AFFA İntizam Komitəsi “Qarabağ” və “Qəbələ” klublarını 4 000 manat məbləğində cərimələyib.

News24.az xəbər verir ki, buna hər iki komandanın azarkeşlərinin Premyer Liqanın 4-cü tur oyununda kütləvi şəkildə təhqiramiz ifadələrə yol verməsi səbəb olub.

“Köhlən atlar”ın fanatları "Şamaxı"nı 4:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada, “qırmızı-qaralar”ın tərəfdarları isə “Sabah”a 0:2 hesabı ilə yenildikləri görüşdə təhqiramiz ifadələr işlədiblər.