"Qarabağ"da - ciddi itki

"Qarabağ"da - ciddi itki İdman
UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Marko Yankoviç həkim müayinəsindən keçib.

News24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, monteneqrolu yarımmüdafiəçinin sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib.

Həkimlərin rəyinə əsasən, Marko Yankoviç zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.