"Qarabağ"ın futbolçusu evləndi

"Qarabağ"ın futbolçusu evləndi İdman


"Qarabağ"ın futbolçusu Redon Cica evlənib.

News24.az "Unikal"a istinadla xəbər verir ki, 26 yaşlı hücumçu Kristina adlı xanımla ailə həyatı qurub. Cütlüyün toy mərasimi Cicanın vətəni Albaniyada keçirilib.

Qeyd edək ki, Redon Cica 2023-cü ilin yanvar ayından Ağdam təmsilçisində oynayır.