"Qarabağ"ın futbolçusu Kamilo Duranın vəziyyəti AÇIQLANDI

"Qarabağ"ın futbolçusu Kamilo Duranın vəziyyəti AÇIQLANDI İdman

"Qarabağ" klubunun zədələnən futbolçusu Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır.

Bu barədə News24.az-a Ağdam təmsilçisindən məlumat verilib.

"UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" ilə cavab oyununda zədələnən Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır. Həkimlər yekun rəy verdikdən sonra ətraflı məlumat veriləcək", - deyə klubdan bildirilib.

Qeyd edək ki, kolumbiyalı oyunçu İngiltərədə 2:3 hesabı ilə məğlub olduqları matçın ikinci hissəsində sıradan çıxıb.