"Qarabağ"ın müdafiəçisi ilə bağlı iddialara aydınlıq gətirildi
İdman
“Fənərbağça” “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevə heç bir təklif göndərməyib.
News24.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Ərtəm Şənər məlumat verib.
O bildirib ki, Türkiyə təmsilçisi futbolçuya nə rəsmi, nə də qeyri-rəsmi təklif göndərib.
Tanınmış jurnalistin sözlərinə görə, “Qarabağ” rəhbərliyi 24 yaşlı müdafiəçi üçün təklif daxil olacağı təqdirdə mövzunu dəyərləndirəcək.
Qeyd edək ki, Elvin Cəfərquliyev 2025-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib. (Sportinfo)