"Qarabağ"ın "Napoli" ilə oyunu bərpa olundu
İdman
Əlverişsiz hava şəraitinə görə dayandırılan "Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasının əsas mərhələsində İtaliyada "Napoli" klubu ilə oyunu bərpa edilib.
News24.az "Teleqraf"a istinadla xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Daha əvvəl atçın baş hakimi oyunun 61-ci dəqiqəsində şiddətli yağış səbəbindən futbolçuları paltardəyişmə otağına göndərib.
Qeyd edək ki, hazırda hesab "Napoli"nin xeyrinədir - 1:0. Hesabı 4-cü dəqiqədə Kristian Raccioli açıb.