"Qarabağ"ın oyununa 27 250 bilet satılıb

"Qarabağ"ın oyununa 27 250 bilet satılıb İdman

Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa indiyədək 27 250 bilet satılıb.

Bu barədə News24.az-a Ağdam klubundan məlumat verilib.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.