“Qarabağ”ın qapıçısı millinin heyətindən - ÇIXARILDI

“Qarabağ”ın qapıçısı millinin heyətindən - ÇIXARILDI İdman

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşa milli komandasının heyətindən kənarlaşdırılıb.

News24.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Baş məşqçi Mixail Probej 24 yaşlı qolkiperi DÇ-2026-nın Finlandiya ilə matçının heyətinə daxil etməyib. Azərbaycan çempionunun qolkiperi 23 nəfərlik heyətdən kənarda qalıb.

Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayından "Qarabağ"da çıxış edir./Bizim.Media