"Qarabağ"ın qarşısına "Karvan" yox, "Ayaks" çıxır - Tarixi qarşılaşmadan gözlənti

"Qarabağ"ın qarşısına "Karvan" yox, "Ayaks" çıxır - Tarixi qarşılaşmadan gözlənti İdman

"“Qarabağ” – “Ayaks” oyunundan mövcud şərtlər altında gözləntimiz qələbədir, çünki 3 xal “Qarabağ”ın ilk 24-lükdə qalmaq şansını bir qədər də artırır”.

Bu sözləri News24.az-a açıqlamasında idman jurnalisti Anar Xanlarov deyib. O bildirib ki, ən pis halda ən azı 1 xal götürməliyik, məğlubiyyət isə qəti yolverilməzdir:

“"Qarabağ" – "Ayaks" oyunu çox çətin olacaq. Bəli, rəqib hazırda aşkar autsayderdir, beş oyunun hamısını uduzub, amma biz buna aldanmamalıyıq. Çünki söhbət Çempionlar Liqasından və "Ayaks" kimi dünya şöhrətli klubdan gedir. "Qarabağ"ın qarşısına bizim Premyer Liqanın autsayderi "Karvan" çıxmayacaq. Üstəlik, futbol səviyyəsi bizim kimi ölkənin təmsilçisi üçün "Ayaks" səviyyəli rəqiblər autsayder olsalar belə, təhlükəli sayılır. Bu mənada oyun çox çətin olacaq. Eyni zamanda bugünkü hava şəraiti də ikiqat fiziki güc tələb edəcək”.

Anar Xanlarov “Qarabağ”ın yarımmüdafiəçisi Kadinin oyunda iştirak etməməsinə də toxunub. O qeyd edib ki, Kadinin yoxluğu sözsüz ki, oyuna təsir edəcək:

“"Qarabağ" Kadi, Zubir, Yankoviç kimi futbolçuların yoxluğunu bəzən Azərbaycan çempionatında da hiss edir, o ki qala Çempionlar Liqasının oyununda”.

Qeyd edək ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.