"Qarabağ"ın rəqibi 82 milyon dollara oyunçu almaq istəyir

"Qarabağ"ın rəqibi 82 milyon dollara oyunçu almaq istəyir İdman

"GOAL" nəşri Antuan Semenyonun “Bornmut”dan “Mançester Siti”yə mümkün transferini təxminən 82 milyon dollar dəyərində qiymətləndirib.

News24.az -ın məlumatına görə, yazıda bildirilir ki, 25 yaşlı cinah oyunçusu üçün “Siti”yə keçid idman baxımından cəlbedici olsa da, “Liverpul” onun oyun üslubuna daha uyğun variantdır. "GOAL" Semenyonun Məhəmməd Salahın uzunmüddətli əvəzləyicisi kimi “Liverpul”da daha stabil rol ala biləcəyini vurğulayır.

Eyni zamanda, “Mançester Siti”də Pep Qvardiolanın gələcəyi və klubun maliyyə qaydaları ilə bağlı risklər transferin futbolçu üçün tam təhlükəsiz addım olmadığını göstərir. "GOAL" bu keçidi “Siti” üçün A.Semenyo üçün isə B+ reytinqi ilə dəyərləndirib.