“Qarabağ”ın rəqibinin azarkeşləri stadionu yandırdılar - Video
İdman
“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi “Ayaks”ın fanatları stadionda yanğın törədiblər.
News24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Bildirilib ki, Amsterdamda “Ayaks” azarkeşləri tribunadan yüzlərlə fişəng ataraq futbol meydançasını yandırıblar. Azarkeşlər həlak olmuş bir fanatın xatirəsini anmaq istəyiblər, lakin aksiya nəzarətdən çıxıb.
“Ayaks” və “Qroningen” arasında baş tutan matç 40 dəqiqəlik dayandırılıb. Lakin fişənglərin partladılması davam edib.
Buna görə görüşün 2 dekabr tarixinə, boş tribunalar önündə keçirilməsi qərara alınıb.