“Qarabağ”ın zədəli futbolçusu Monteneqro millisinə çağırıldı

“Qarabağ”ın zədəli futbolçusu Monteneqro millisinə çağırıldı İdman
“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç növbəti dəfə Monteneqro millisinə çağırılıblar.

News24.az xəbər verir ki, baş məşqçi Miodraq Raduloviç AVRO-2024-ün seçmə qrup mərhələsinin ilk iki oyunu üçün adıçəkilən oyunçulara dəvət göndərib.

Maraqlıdır ki, yarımmüdafiəçi Yankoviç zədə səbəbindən Ağdam klubunun son 4 oyununu buraxmasına baxmayaraq, 27 nəfərlik heyətə daxil edilib.
Qeyd edək ki, Monteneqro millisi G qrupu çərçivəsində martın 24-də səfərdə Bolqarıstanla, üç gün sonra isə evdə Serbiya ilə qarşılaşacaq.