“Qarabağ”ın oyununa biletlərin əksəriyyəti satıldı

“Qarabağ”ın oyununa biletlərin əksəriyyəti satıldı İdman

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) qarşılaşmasının biletləri sürətlə satılır.

News24.az xəbər verir ki, 10, 15, 25 və 35 manatlıq biletlər artıq tükənib. Satış saat 15:00-da başlayıb və hazırda yalnız 40, 50, 75 manatlıq biletlər, eləcə də VIP və VVIP sektor üçün biletlər mövcuddur.

Biletlər yalnız iTicket.az mobil tətbiqi və rəsmi saytı vasitəsilə əldə oluna bilər.

Qarşılaşma 10 dekabr, saat 21:45-də, Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.