"Qarabağ"ın pley-offdakı potensial rəqibləri bəlli oldu – Adlar
İdman
Ağdam təmsilçisi qrup mərhələsinin son turunda İngiltərənin güclü klublarından olan Liverpool ilə qarşılaşıb və səfərdə 6:0 hesablı məğlubiyyətlə üzləşib. Lakin bu nəticəyə baxmayaraq, əvvəlki turlarda topladığı xallar və üstün göstəricilər Qarabağa növbəti mərhələyə yüksəlmək imkanı verib.
News24.az xəbər verir ki, Azərbaycan çempionu Çempionlar Liqasının pley-off mərhələsində mübarizəni davam etdirəcək.
Qarabağın bu mərhələdə mümkün rəqibləri sırasında Fransa nəhəngi "Paris Saint-Germain" (PSG) və İngiltərə təmsilçisi "Newcastle United" yer alır.