“Qarabağ”ın qapıçısı: Matçın sonlarına yaxın çox pis oynadıq

“Qarabağ”ın qapıçısı: Matçın sonlarına yaxın çox pis oynadıq İdman

Oyunla bağlı çox danışmaq istəmirəm, çünki olduqca əsəbiyəm və yaxşı olar ki, bir şey deməyim.

News24.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Meteuş Koxalski UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Niderlandın “Ayaks” klubuna 2:4 hesabı ilə uduzduqları VI tur oyunundan sonra deyib.

Polşalı qolkiper komandasının yaxşı oyun nümayiş etdirmədiyini bildirib: “Sonlara yaxın hamımız çox pis oynadıq və buna görə də rəqib bizi üstələdi. Uzun ötürmələrdə səhvlər etdik”.

O, növbəti matçlarda xal qazanmağın vacib olduğunu söyləyib: “Son iki oyundan ən azı birində qalib gəlmək lazımdır. Necə olacağını bilmirəm. Ümid edək ki, hər şey yaxşı alınacaq və biz yolumuza davam edəcəyik”.

Qeyd edək ki, bu nəticədən sonra turnir cədvəlində "Qarabağ" 7 xalla 21-ci, "Ayaks" isə 3 xalla 33-cü pillədə qərarlaşıb. Ağdam təmsilçisi Çempionlar Liqasında növbəti oyununu 2026-cı il yanvarın 21-də Bakıda Almaniyanın "Ayntraxt" komandasına qarşı keçirəcək.(AZƏRTAC)