Qətərdə futbol həyəcanı pik həddə çatdı: Yarımfinala çıxan komandalar məlum oldu
İdman
Qətərdə keçirilən 2025-ci il FİFA Ərəb Kubokunda yarımfinala yüksələn komandalar müəyyənləşib.
News24.az xəbər verir ki, dörddəbir final mərhələsindən sonra Mərakeş, Səudiyyə Ərəbistanı, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri mübarizəni davam etdirir.
Ər-Rayyan şəhərindəki Təhsil Şəhər Stadionunda İordaniya İraqı 1:0 hesabı ilə məğlub edərək yarımfinala çıxıb. Əl-Beyt stadionunda baş tutan qarşılaşmada isə Birləşmiş Ərəb Əmirlikləri Əlcəzairi penaltilər seriyasında 7:6 hesabı ilə üstələyib.
Yarımfinalda Mərakeş Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı isə İordaniya ilə üz-üzə gələcək. Oyunlar dekabrın 15-də keçiriləcək. Turnirin qalibi dekabrın 18-də Lusail stadionunda baş tutacaq final matçında müəyyənləşəcək.