“Qızıl oğlan” bəlli oldu
İdman
Avropada 21 yaşadək ən istedadlı futbolçuya təqdim olunan “Golden Boy” (“Qızıl oğlan”) mükafatının qalibi açıqlanıb.
News24.az xəbər verir ki, bu il mükafata “Paris Sen-Jermen”in (PSG) gənc ulduzu Dezire Due layiq görülüb.
20 yaşlı fransız futbolçu ötən il “Renn” klubundan PSG-yə transfer olunub və yeni komandası ilə UEFA Çempionlar Liqası, Fransa Liqa 1, Fransa Kuboku, Superkubok və UEFA Superkubokunun qalibi olub.
Mükafat ənənəvi olaraq İtaliyanın “Tuttosport” nəşri tərəfindən təqdim edilib. Finalçılar siyahısında “Real Madrid”in oyunçusu Arda Güler və “Yuventus”un hücumçusu Kənan Yıldız da yer alıb.
Qeyd edək ki, ötən il bu mükafatın sahibi “Barselona”nın futbolçusu Lamin Yamal olmuşdu.