Qurban Qurbanov brazliyalı legionerə xəbərdarlıq etdi: “DİQQƏTLİ OL!”
İdman
Çempionlar Liqasının qrup mərhələsini hədəfləyən “Qarabağ” növbəti iki oyunla istəyinə çata bilər.
Bu yolda sonuncu rəqib Zaqreb “Dinamo”sudur ki, ilk görüş səfərdə baş tutacaq.
Baş məşqçi Qurban Qurbanov məlum qarşılaşmadan əvvəl bir futbolçuya xəbərdarlıq edib.
Təcrübəli çalışdırıcı “Ludoqorets”lə hər iki görüşdə sarı vərəqə ilə cəzalanan Julio Romaoya son dərəcə diqqətli olmağı tapşırıb.
“6 nömrə” Zaqrebdəki qarşılaşmada qarşısında “sarı” görəcəyi halda, Bakıdakı cavab oyununu kənardan izləyəcək.//sportinfo.az