Qurban Qurbanov: "Futbolçularımız bu oyunu səbirsizliklə gözləyirlər"

Qurban Qurbanov: "Futbolçularımız bu oyunu səbirsizliklə gözləyirlər" İdman

"Çox böyük qələbə əldə ediləsi oyundur. UEFA Çempionlar Liqasının "play-off" mərhələsində oynamaq Azərbaycan futbol tarixində ilkdir".

News24.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının "play-off" mərhələsində keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunu öncəsi "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov deyib.

Onun sözlərinə görə, oyuna hazırlaşmağa vaxtları olduqca az olub: "Lakin kənardan futbolçularımın hazırlıqlarına baxdıqda, çox həyəcanlı və məsuliyyətli davrandıqlarını görmək olur. Oyunu səbirsizliklə gözləyirlər və sabah yaxşı oynamağı düşünürlər.

Rəqibin bizə uyğun olmayan oyun stili var. Rəqiblə oynayan zaman hərəkət etməyə imkan vermirlər. Bəzi komponentlərdə rəqib bizi üstələyir. İnanıram ki, futbolçularımız özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar"