Qurban Qurbanov: "Sabah meydanda olacaq komanda müəyyənləşib"

Qurban Qurbanov: "Sabah meydanda olacaq komanda müəyyənləşib" İdman

“Meydanda olacaq komandanı müəyyənləşdirmişəm, amma çox kiçik sual var. Sabah da məşqimiz olacaq, ondan sonra dəqiqləşdirəcəyik”.

News24.az xəbər verir ki, bu fikirləri UEFA Çempionlar Liqasının Əsas Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” qarşılaşmasından əvvəl təşkil olunan mətbuat konfransında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov səsləndirib.

Qurbanov komandanın futbolçularından Musa Qurbanlının vəziyyətinə də aydınlıq gətirib:

“Musa artıq 3 gündür fərdi məşqlərə başlayıb. Təxminən 10 gün məşqlərdə iştirak etmədi, lakin indi vəziyyəti yaxşıdır. O, millinin toplanışından sonra oyunlara qayıdacaq”.

Baş məşqçi klubun məqsədləri barədə də danışıb:

“Bizim üçün Çempionlar Liqasının 24-lük mərhələsinə düşmək əsas hədəf deyil. Əsas odur ki, hazırda bu turnirdə oynayırıq. Əgər yanvar ayında 24-lüyə düşmək ehtimalımız olsa, o zaman hücumçu transferi barədə qərar verə bilərik”.

O, həmçinin rəqib komandanın peşəkarlığını da yüksək qiymətləndirib:

“"Çelsi"nin baş məşqçiləri olduqca peşəkardılar və məhz bu səbəbdən hazırda bu səviyyədə yer alırlar”.