Qurban Qurbanovdan oyunla bağlı AÇIQLAMA

Qurban Qurbanovdan oyunla bağlı AÇIQLAMA İdman

“Azarkeşlərimizə, futbolçularıma təşəkkür edirəm. Çox möhtəşəm idilər”.

News24.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov “Çelsi” ilə qarşılaşmadan sonra deyib.

“Bu günə qədər azarkeşlərimiz üçün olan ən maraqlı oyun oldu. Böyük futbolu gördülər. Futbolçularıma təşəkkür edirəm, sona qədər mübarizə apardılar. Onların hansı həyəcanı keçirdiyini çox gözəl anlayırdım. Bildiyiniz kimi, İngiltərə klubları ilə qarşılaşmada ilk xalımızdır. Bu, elə bir turnirdir ki, istənilən nəticə ola bilər. Rəqiblər zamanla bizə daha da ciddi yanaşırlar. Biz də qarşıdakı oyunlara çox ciddi yanaşmalıyıq”, – o qeyd edib.